“Nə gündəsiz” — Tanınmış telejurnalist Xalq artistini biabır etdi

ŞOU-BİZNES 19 iyl 2019, 13:42

Əməkdar jurnalist Ləman Ələşrəfqızı Xalq artisti Məleykə Əsədovanı öz sosial şəbəkə hesabında sərt tənqid edib.


Demokrat.az-ın məlumatına görə, jurnalist aktrisanı reklam çarxında yol verdiyi kobud səhvə görə qınayıb.


Belə ki, Xalq artisti özəl klinikalardan birini reklam edərkən ilbizlə müayinə üsullarından danışarkən, ilbiz sözünü iblis kimi tələffüz edib.


“Məleykə Əsədova hər əlində bir-iki ilbiz bir özəl klinikanı reklam edir. Axıra qədər də ilbizə iblis deyir. Və…sosial şəbəkələrdə bunu tirajlayırlar. Gərək bu xalq artistinə “İblis” tamaşasında bir rol versinlər. İblislə ilbizin fərqini anlasın. Onun reklamını yapanlara da o tamaşaya bilet satsınlar. Nə gündəsiz”.(Bizimyol.info)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top