Antalyanın istirahət incisi "TUI Magic Life Masmavi" (FOTOLAR)

İl ərzində işləyənlər qəbul etdikləri stressi, yorğunluğu üzərlərindən atmaq üçün yay fəslini böyük səbirsizliklə gözləyirlər. Buna Türkiyənin Antalya bölgəsinin Belek hissəsində yerləşən "TUI Magic Life Masmavi" 5 ulduzlu unikal otelində nail olmaq mümkündür. Buranın mərcan qumlu dəniz sahilləri və göstərilən keyfiyyətli xidmətlər adamı heyran etməyə bilməz. Otel hər turistin istəklərini təmin etməyə tam hazırdır. 


Aralıq dənizinin sahilində və relik meşələrin əhatəsində yerləşən otellə tanışlığım çox yaddaqalan oldu. Əsrarəngiz təbiət qoynunda tikilən və geniş əraziyə malik olan oteli gəzərkən müşahidə etdiklərim məni heyran etdi. İstər gülərüz personalı, istərsə də hər cür şərait bura gələn turistləri istirahətini əla keçirmələrinə imkan verir. 

 


Təmiz səfalı plyajı, hər cür əyləncə yerləri, canlı musiqi, konsert, müxtəlif əyləncəli oyunlar, uşaqlar üçün oyun yerləri, caqquzi və otelin binları ətrafında yerləşən baseyinlər də oteldə dincəlmək istəyənləri yorğunluqdan azad edə bilir. Tursitlər SPA mərkəzində bədən prosedurlarının qəbulu ilə yanaşı, açıq hovuzda üzə və ya günəş vananaları qəbul edə bilər.  

Burada boulinq, bilyard həvəskarları vaxtlarını şən keçirə bilərlər. Eyni zamanda, kitab sevərlər üçün də xüsusi güşə yaradılıb. Otelin balaca qonaqları da unudulmayıb. Əyləncə mərkəzində onlar üçün də müxtəlif oyunlar quraşdırılıb və bütün bu xidmətlərdən turistlər 24 saat istufadə edə bilərlər. Otelin ən kiçik qonaqları üçün dayə nəzarəti ilə uşaq otaqları da xidmət göstərir.

 


Burada turistlərin qalması üçün xüsusi villalar, daş evlər və bir-iki otaqlı nömrələr də var. Bir həftəlik ailəlikcə gələnlər oteldə ailə paketinin sərfəli şərtlərindən yararlana bilərlər. Turistlər üçün  “Korporativ”, “SPA”, “Şərab dequstasiyası” və yeni ailə quranlar üçün “Toy” paketləri də təqdim edilir.

 


Burada dincəldiyim müddətdə mənimlə yaxından maraqlanan və yüksək xidmət göstərən başda satış müdiri Ethem bəy olmaqla, Fatih Ağırtaş, Ali Şekerli, Mahmut Can Subaşı, Mehmet Ali Çelik, Can Eftekinə və otelin bütün peşəkar kollektivinə öz təşəkkürümü bildirirəm. Doğrudan da "TUI Magic Life Masmavi" əsl dincəlinəsi gözəl istirahət məkanıdır. Bura gələn turistlər qarşılaşdıqları yüksək peşəkar xidmətləri və istirahəti görüb, geri qayıtmaq istəmirlər. Bir daha görüşmək ümidi ilə "TUI Magic Life Masmavi" otelinin peşəkar kollektivinə təşəkkür edirəm...

 

Görüntünün olası içeriği: Vasif Hesenli, ayakta, ayakkabılar ve açık hava

 

 

 

 

 

 

 

 

 

 

 


Vasif Həsənli
Demokrat.az

Bakı-Antalya

16 İyul 2019, 14:33   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß