Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

HADİSƏ 08 may 2024, 19:52
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonu ərazisində qeydə alınıb.

Belə ki, motosikletlə "Prado" markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top