Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır

DÜNYA 08 may 2024, 22:08
Böyük Britaniya Rusiyanın bu ölkədəki hərbi attaşesini deportasiya edəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirlikləri birgə bəyanat yayıb.

Bəyanatda adı açıqlanmayan Rusiya hərbi attaşesinin deportasiya ediləcəyi paylaşılıb.

Bildirilib ki, Rusiyanın xain kəşfiyyat fəaliyyətinə görə, ölkə ilə əlaqəli bəzi mülklərin diplomatik statusu ləğv ediləcək.

Həmçinin, Rusiya diplomatik vizalarının müddəti məhdudlaşdırılacaq.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top