"Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır" - Mübariz Qurbanlı

SİYASƏT 10 iyl 2019, 12:55

"Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır".

 

Demokrat.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin "The Jerusalem Post”da dərc edilən məqaləyə münasibət bildirərkən deyib.

 

Komitə sədri bildirib ki, Ermənistan monoetnik dövlətdir: "Həm Sovetlər dönəmində, həm də bu gün Ermənistan ərazisində yəhudi milləti yoxdur. Olsa da çox az halda rast gəlinər. Bu da onu göstərir ki, ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır. Bu, onları müxtəlif dinlərə, xalqlara qarşı düşmənçiliyə yönəldir. Onların yəhudi millətinə olan münasibəti bəllidir. Ermənilərin elə ölkəmizə qarşı törətdiyi qətliamlar, Quba-Xaçmaz ərazilərində yaşayan yəhudilərə qarşı etdikləri amansızlıqlar bunu bir daha sübut edir. Ümumiyyətlə, bu, erməni xislətidir. Nəinki yəhudilərə qarşı, bütün xalqlara qarşı onlarda nifrət var”.

 

Xatırladaq ki, jurnalist Cessi Boqner "The Jerusalem Post”da dərc olunan məqaləsində son vaxtlar xristianlar tərəfindən antisemitizmin güclənməsinin müşahidə olunduğunu yazıb. Həmçinin müəllif Ermənistan cəmiyyətinin sistemli antisemitizm nümayiş etdirdiyinə dair çoxsaylı sübutların olduğunu da qeyd edib.

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top