Naxçıvanlı baş redaktor "Bakılılar günü"nə etiraz etdi (FOTO)

SOSİAL 01 iyl 2019, 20:54

Tanınmış jurnalist, "Vətəninfo.az" saytının baş redaktoru Nahid Canbaxışlı "Bakılılar günü"nün keçirilməsinə etiraz edib. 

 

Demokrat.az xəbər verir ki, jurnalist özünün feysbuk hesabından belə bir günün qeyd olunmasının diskriminasiyaya, yəni ayrı-seçkiliyə yol açdığını bildirib:

 

"Bu nə ayrıseçkilikdir, bu nə yanaşmadı "Bakılılar günü"?


Nuru Paşa və Qafqaz İslam Ordusu olmasaydı Bakı erməni daşnaklarının ayağı altında inildəyirdi. 


Belə bir ad altında bayram deyə qeyd edən,deməli bu ölkəni böləndi,bizdən deyil.


Biz bir olanda millət olduğumuzu və millətlər içərisində imzamızı göstərə bilirik.


Qarabağda Topxana Meşəsində bir ağac kəsiləndə bu millət necə bir idisə,yenə də birdi. 


Ona görə də ağlınızı başınıza yığın".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top