"Əli Nağıyev çox təcrübəli və öz işini mahir bilən çekistdir" — General

GÜNDƏM 21 iyn 2019, 10:40

Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov ötən gün prezident İlham Əliyevin generallar - Əli Nağıyevin, Mədət Quliyevin, Vilayət Eyvazovun və Ramil Usubovun təyinatları ilə bağlı verdiyi Sərəncamı şərh edib. 


Əliağa Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən təyinatlar hamının ürəyincə olub:


"Mən bu generalları şəxsən tanıyıram, onlarla bir yerdə çalışmışam. Həm Əli müəllim, həm Vilayət müəllim, həm Ramil müəllim, həm də Mədət müəllim öz işlərinin peşəkarlarıdır. Onlar öz iş təcrübələri və peşəkarlıqları ilə cənab Prezidentin etimadını doğrultmuş və xalqımızın rəğbətini qazanmış şəxslərdir. Bu səbəbdən də sözügedən təyinatlar Azərbaycan xalqını sevindirir. Şəxsən mən də bir general kimi bu təyinatı alqışlayıram. Sizin saytınız vasitəsilə Əli Nağıyevi, Ramil Usubovu, Mədət Quliyevi və Vilayət Eyvazovu təbrik edirəm, onlara yeni fəaliyyətlərində uğurlar arzu edirəm. Arzu edirəm ki, indiyədək olduğu kimi, bundan sonra da cənab Prezidentin etimadını doğrultsunlar".

 

 

General vurğulayıb ki, bu təyinatlar ölkəmizin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artmasına təkan verəcək:


"Azərbaycan çox mürəkkəb və çətin regionda yerləşir. Biz böyük dövlətlərin əhatəsində yerləşirik. Cənab Prezidentin təyin etdiyi generallar indiyədək Azərbaycanın təhlükəsizliyinin qorunmasına öz töhfələrini veriblər və bundan sonra da verməyə davam edəcəklər. Cənab Prezidentimizin bu Sərəncamı çox vaxtında və yerində verilən təyinatlardır".


Deputat Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəsi Əli Nağıyevin də çox peşəkar kadr olduğunu söyləyib:


"Əli Nağıyev çox təcrübəli və öz işini mahir bilən çekistdir. Onun bu vəzifəyə təyin edilməsi Azərbaycanın təhlükəsizliyinin qorunmasına müsbət təkan verəcək".


Elçin Rizvanoğlu
Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top