Fuad Abbasov həbsxanadan vəkil Elman Paşayevə cavab verdi: "Vəkilim deyil"

Hazırda Moskvada həbsdə olan jurnalist Fuad Abbasov musavat.com-a müraciət yollayıb. Jurnalist həmin müraciətdə vəkili Elman Paşayevin bir neçə saat öncə saytımıza verdiyi açıqlamaya münasibət bildirib. 

 

F.Abbasov deyib ki, ümumiyyətlə, E.Paşayevin onunla bağlı söylədikləri həqiqətə uyğun deyil. E.Paşayevin onun vəkili olmadığını vurğulayan jurnalist azadlığa çıxandan sonra hər şeyə aydınlıq gətiriləcəyini bildirib: “Elman Paşayevə mənim barəmdə mətbuata hər hansı bir məlumat verilməsi qadağan edilmişdir. O, mənim vəkilim deyil. Elman Paşayev mənim valideynlərimlə görüş zamanı mənim iş adamı Füzuli Məmmədovun tərəfinə keçməyimi tələb edib. Mən də buna etiraz etmişəm”.

 

Jurnalist eyni zamanda onun saxlandığı yerə günün istənilən saatında girib-çıxmanın da mümkün olmadığını, vəkilin bu barədə dediklərinin həqiqətə uyğun olmadığını bildirib: “Mən Azərbaycana geri qayıtmamaq məqsədi ilə yox, 10 gün ərzində Apellyasiya Məhkəməsinə müraciət edərək haqsızlıqlara son verilməsi üçün həbsdə qalmağa qərar vermişəm. Bundan başqa, mənim vəkillərim diletant deyillər. Elman Paşayevin vəkillik lisenziyası olmadığı üçün, yüksək peşəkar vəkillərlə müqavilə imzalanıb”.

 

Musavat.com xatırladır ki, bir neçə saat öncə E.Paşayev musavat.com-a açıqlamasında F.Abbasovun siyasi məqsədlər üçün həbsdə qalmaq istədiyini, diletant vəkillər tərəfindən idarə olunduğunu, sonuncuların onu yanlış yönləndirdiyini bildirmişdi. Vəkil eyni zamanda jurnalistin Azərbaycana qayıtmaq istəməməsinin arxasında da “siyasi qəhrəman” olma istəyinin dayandığını demişdi.

 

 

18 İyun 2019, 23:03   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß