Şəhid hərbçimiz dəfn olundu

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu torpağa tapşırılıb.

 

Demokrat.Az-ın APA-ya istinadən məlumatına görə, cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olan Xəlilov Elşən Vüqar oğlu bu gün doğulduğu Gədəbəy rayonunun İnəkboğan kəndinin İnzibati Ərazi Dairəsinə daxil olan Qasımlı kəndində dəfn olunub.

 

Dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin şəxsi heyəti iştirak edib.

 

 

10 İyun 2019, 09:33   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß