Polşa sovetdənqalma qırıcılardan imtina edir — Əvəzində “F-35”lər alır

DÜNYA 29 may 2019, 16:50

Polşa sovetdənqalma hərbi texnikanı daha müasir qırıcılarla əvəz edəcək.


Demokrat.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşak “Twitter” səhifəsində yazıb.


Onun sözlərinə görə, Polşa ABŞ istehsalı olan 32 “F-35” qırıcı-bombardmançı almağı planlaşdırır.


Nazir bildirib ki, ABŞ-a bu hərbi təyyarələrin qiyməti ilə bağlı sorğu göndəriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top