Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır — XİN-dən AÇIQLAMA

"Azərbaycan hər il çoxsaylı beynəlxalq idman yarışlarına ev sahibliyi edir və bu tədbirlər zamanı təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir". 


Demokrat.az xəbər verir ki, bu sözləri açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Avropa Liqasının Bakıda keçiriləcək final oyunu öncəsi bəzi xarici mediada təhlükəsizliklə bağlı edilən xəbərdarlıqları şərh edərəkən deyib. 


"Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu gün ölkəmiz və onun paytaxt Bakı şəhəri dünyanın bəlkə də ən təhlükəsiz yerləri sırasındadır. Təsadüfi deyil ki, ötən il Bakı şəhəri dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqində ilk 50 şəhər sırasında yer alıb və hətta bir çox Avropa ölkəsini bu sıralamada qabaqlayıb. Əlbəttə ki, UEFA Avropa Liqasının final oyunu zamanı da bütün müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriləcək", - deyə XİN rəsmisi bildirib.

11 May 2019, 17:20   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin