Səhiyyə Nazirliyi gəmidəki qəza ilə bağlı məlumat yaydı

GÜNDƏM 09 may 2019, 09:43

Xəzər dənizində, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş qəza nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb.


Demokrat.az xəbər verir ki, bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.


O bildirib ki, xəsarət alanlardan 7 nəfər reanimasiyaya yerləşdirilib: 

 

“Reanimasiyada olan yaralılardan 3 nəfərin vəziyyəti ağırdır".


P. Abubəkirov qeyd edib ki, xəsarət alanlardan 7 nəfər stasionar şəraitdə müalicə olunur.

 

Qeyd edək ki, ötən gün axşam saatlarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnoloji avadanlıqların birində qəza baş verib. “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş gəmidə hadisə nəticəsində yanğın baş verib. 14 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top