"Mən demədim ki, çıxıb təxribat edək" — Xalq yazıçısı

GÜNDƏM 28 apr 2019, 15:56

“Mən o statusu yazarkən “İçərişəhərdə”ki tikinti işlərini görməmişdim. Bakıya gələndən sonra gedib baxdım. Gördüm ki, doğrudan da divara heç nə olmayıb. Orada yalnız restoran sökülür”. 


Demokrat.az xəbər verir ki, bunu xalq yazıçısı Çingiz Abdullayev deyib. 


O, İctimai Televiziyaya müsahibəsində bildirib ki, o sonradan sosial şəbəkədə yazıb ki, deyilənləri gedib öz gözü ilə görüb: 


“İndi də mənə yazırlar ki, niyə gedib baxırsan? Mən yazanda ki, bu şəhəri müdafiə etməyə hazıram, dərhal mənə yazırdılar ki, “hə biz də hazırıq, edək”...  Axı bu düz deyil. Mən dedim ki, şəhəri müdafiə etmək, demədim ki, çıxıb təxribat edək. İndi deyəcəklər ki, nədənsə qorxuram. Burada deyirəm, heç kəsdən qorxmuram, çəkinmirəm. Şəhəri müdafiə etmək lazım olanda, birinci mən olacağam. Amma mənim bunu deməyim o demək deyil ki, bundan istifadə edib çıxıb kiminsə əleyhinə təxribat düzəldəsiniz. Bu qəti düzgün deyil”.(Yeni Sabah) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top