"Başakşəhər"in məğlubiyyəti "Qalatasaray"ı çempionluğa bir addım da yaxınlaşdırdı

İDMAN 27 apr 2019, 14:47

Türkiyə Super Liqasında XXX tura start verilib. Matc.az saytının məlumatına görə, turun açılış günündə bir qarşılaşma baş tutub.

 

Lider “Başakşəhər” öz meydanında “Göztəpə” ilə qarşılaşıb. Oyunda hesabı qonaqlar açıblar. Jerom 7-ci dəqiqədə fərqlənib.

 

Oyunboyu hücumlarını artıran İstanbul təmsilçisinin cəhdləri nəticə verməyib. Əvəzində isə Kadah 85-ci dəqiqədə fərqi iki topa çatdırıb.

 

Bu qol oyunda sonuncu olub və “Başakşəhər” növbəti dəfə itki ilə üzləşib.

 

Qeyd edək ki, bu turda "Qalatasaray" səfərdə "Konyaspor"a qalib gəlsə, o zaman “Başakşəhər”lə zirvəyə şərik çıxacaq. 

 

Türkiyə Super Liqası

XXX tur

26 aprel

“Başakşəhər” – “Göztəpə” – 0:2

Jerom, 7, Kadah, 85

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top