"6-cı sinifdən ərə gediblər, mənə pozğun deyirlər" — Nazpərinin qardaşı qızı bu dəfə sənədləri yaydı

ŞOU-BİZNES 21 apr 2019, 12:15

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağaların qeyri-rəsmi nikahdan olan qızı Pərvanə Dostəliyeva bir neçə gündür açıqlamaları ilə ölkə gündəmini zəbt edib.


Demokrat.az axşam.az-a istinadən bildirir ki, bibisi Nazpərinin ona bütün kanallarda qadağa qoydurduğunu iddia edən qız bu dəfə sənədlərinin şəklini yayıb. 


Pərvanə bildirib ki, sənədləri yaymaqda məqsədi ona savadsız deyənlərə və "bic” olduğunu söyləyənlərə gerçəkləri sübut etməkdir:

 
"Mənim haqqımda deyir, qeyri-qanuni bicəm. Bəs kimindir bu diplom? Dostəliyeva Pərvanə Ağalar qızı… Özləri 6-cı sinifdən ərə gediblər, mənə pozğun narkoman deyirlər”.


Qeyd edək ki, Pərvanə 6 yaşında atası tərəfindən təcavüz edildiyini söyləyib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top