Ermənistan Müdafiə Nazirliyi: - Arif İbrahimov Ermənistana keçib

GÜNDƏM 16 mar 2019, 13:43

Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.

 

Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən virtualaz.org-a verilən məlumata görə, bununla əlaqədar DSX bildirir ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınmb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.

Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub. Hal-hazırda araşdırma işləri davam edir.

 

*   *   * 

 

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədini keçmiş Azərbaycan vətəndaşının saxlanılması barədə məlumat yayıb. Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın sözlərinə görə, hadisə gecə saat 01:30-da baş verib.

 

Erməni hərbçiləri Azərbaycan tərəfdən yaxınlaşan adama atəş açıblar. Məlumata əsasən, o, ayağından yaralanıb və hospitala yerləşdirilib.

Ermənistan KİV-lərinin yaydığı informasiyaya görə, saxlanılan şəxsin üzərində Azərbaycanın Qazax rayonunun 1986-cı il təvəllüdlü sakini Arif İbrahimova aid sənədlər aşkarlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top