Azərbaycanda partiya sədri canlı yayımda ayaqqabısını çıxardıb əlinə aldı — VİDEO

HADİSƏ 12 mar 2019, 14:36

Müasir Müsavat Partiyasının sədri "Yeni Müsavat" qəzetinin "Facebook" səhifəsindəki canlı yayımda maddi durumunun aşağı vəziyyətdə olduğunu bildirib.


Demokrat.az-ın məlumatına görə, partiya sədri canlı yayımda ayaqqabısını çıxardaraq ona müxalif mətbuatı maliyyələşdirdirdiyi ilə bağlı sual ünvanlayan tamaşaçıya ünvanlıb:


"Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır".


H.Hacıyevin ayaqqabısını göstərməsindən sonra bir neçə tamaşaçı partiya sədrinə ayaqqabı almaq təklifi edib. Partiya sədri isə öz növbəsində həmin şəxslərə müraciət edib:


"Partiyamız Azadlıq prospektində yerləşir. Buyursunlar, ora gətirsinlər".(olke.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top