"Erməni millətçisinin rəhbərlik etdiyi agentliyin Azərbaycanda nə işi var?" — Daha bir deputat “Sputnik Azərbaycan”ı bağlamağa ÇAĞIRDI

GÜNDƏM 09 mar 2019, 12:18

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Rusiyanın “Sputnik” informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru olmuş tanınmış jurnalist Mətin Yaşaroğlunun milli mövqeyinə görə işdən çıxarılmasına münasibət bildirib.


F.Ağamalı Demokrat.az-a açıqlamasında sözügedən jurnalistin milli mövqeyinə görə işdən kənarlaşdırılmasını pisləyib:


Deputat həmçinin qeyd edib ki, “Sputnik Azərbaycan” informasiya agentliyi ya Azərbaycanın maraqlarına uyğun fəaliyyət qurmalı, yaxud da tamamilə bağlanmalıdır. Bunun başqa çıxış yolu yoxdur:


"Azərbaycanda xarici dövlətlərin KİV-ləri fəaliyyət göstərə bilər. Bu dünyada qəbul edilmiş normadır. Ancaq bu o demək deyil ki, həmin agentlik və yaxud digər KİV-lər Azərbaycanın maraqlarına qarşı çıxan mövqe sərgiləsin, onun Konstitusiyasına zidd hallara yol versin, anti-Konstitusion halların yaranmasına rəvac versin, Azərbaycan kimi ölkələrin ərazi bütövlüyünə təhdidlər etsin və ermənipərəst mövqe nümayiş etdirsin. Bütün bunlar birmənalı olaraq yolverilməzdir. Ona görə də “Sputnik Azərbaycan” informasiya agentliyi ya öz ermənipərəst mövqeyindən tamamilə əl çəkməlidir, yaxud da tamamilə bağlanmalıdır. Bunun başqa yolu yoxdur".

 

Image result for Mətin Yaşaroğlu


"Sputnik" informasiya agentliyinin baş redaktoru olan erməniəsilli jurnalist Marqarita Simonyanın fəaliyyətinə də toxunan F.Ağamalı qeyd edib ki, o, çox şovinist və millətçi qadındır:


"Marqarita Simonyan ermənilərin işğalçılıq siyasətinə daim haqq qazandıran ideoloqlardan biridir. Ən təəccüblüsü odur ki, belə bir adamın rəhbərlik etdiyi agentliyin Azərbaycanda nə işi var? Axı bu agentliyi Azərbaycana kim və nə üçün gətirib? Nə üçün bu agentliyin Azərbaycanda bu cür fəaliyyət göstərməsinə imkanlar yaradılıb? Bu mənim üçün qaranlıq qalır. Hesab edirəm ki, müvafiq qurumlar bu məsələləri araşdırıb, Azərbaycanın milli mövqeyini ortaya qoymalıdırlar. Qanun da Azərbaycanın dövlət və milli maraqlarına zidd olan halları qadağan edir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da qanunun tələbi budur. Bunun alternativi yoxdur. Digər tərəfdən isə Rusiyada fəaliyyət göstərən Azərbaycan agentliyi bu dövlətin ərazi bütövlüyünü şübhə altına alarsa, bu, Rusiyanın hakim dairələrinə və cəmiyyətinə necə təsir göstərər? Əlbəttə ki, pis! Ona görə də erməni millətçisi olan Marqarita Simonyanın bu cür əməllərinə son qoyulmalıdır, onun agentliyinin buradakı fəaliyyəti yığışdırılmalıdır".

 

Qarabağ qaziləri Sputnik Azərbaycanla bağlı bəyanat yaydı - Erməni təzyiqlərinə son qoyulsun


Xatırladaq ki, 31 dekabr 2013-cü il tarixdən “Sputnik” radiosunun daxil olduğu “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktoru erməni əsilli jurnalist Marqarita Simonyandır. Simonyan Rusiyadakı erməni icmasının ən fəal nümayəndələrindən biridir. 


Ermənistan qarşısında göstərdiyi “xidmətlərə” görə 2010-cu il noyabrın 18-də Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən Marqarita Simonyan "Movses Xorenasi" medalı ilə təltif edilib.

 

Картинки по запросу margarita simonyan serj


2015-ci ildə 35 yaşı tamam olmuş Marqarita Rusiyanın 100 ən nüfuzlu qadınları siyahısında 33 yeri tutmuşdu.


Marqarita Simonyan uydurma erməni soyqırımının ən məşhur təbliğatçılarından biridir. Bir neçə il bundan əvvəl onun Krımda yaşamış nənəsinin qohum əqrabasını Türkiyədə türklər tərəfindən necə qətl edilməsi barədə uydurduğu “tvit” bütün rusdilli mətbuatda yayılmışdı.


O, Rusiya rəsmiləri ilə keçirdiyi debatlarda hər zaman Qarabağ məsələsində Ermənistanın xeyrinə yönləndirici suallar verir. 

 

Картинки по запросу медалью Мовсеса Хоренаци Маргарита Симоньян

 

Zaur Hacılı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top