Əri "8 Mart" münasibətilə hədiyyə almadığına görə arvad özünü bıçaqladı

HADİSƏ 08 mar 2019, 10:04

Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

 

ONA-nın məlumatına görə, F. İbrahimbəyov küçəsində yaşayan, 1971-ci il təvəllüdlü Konstatinova Svetlana Nikolayevna əri ilə mübahisə zəminində özünü bıçaqlayıb.

 

O, qarının ön divarının kəsilmiş diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Yaralı cərrahi əməliyyat olunduqdan sonra polislərə verdiyi ilkin izahatında bildirib ki, həyat yoldaşı ABŞ vətəndaşıdır.

 

Həmişə xüsusi bayramlarda ona qayğı və diqqət göstərib. Lakin bu gün əri heç bir hədiyyə almadığından o özünü bıçaqlayıb.

 

Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top