Azərbaycan Fransadan kiloqramı 3,5 manata ispanaq idxal edir

İQTİSADİYYAT 16 apr 2024, 17:09
Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 16 min 590 dollar dəyərində 8 390 kiloqram ispanaq idxal olunub.

Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, idxal olunan ispanağın yarıdan çoxu – 6 720 kiloqramı Fransadan gətirilib. Fransadan gətirilən ispanağın 1 kiloqramının orta gömrük dəyəri 2,1 dollar (3,5 manat) olub.

Bundan başqa kiloqramı 1 dollardan (1,7 manat) 200 kiloqram ispanaq İrandan, kiloqramı 1,7 dollardan (2,8 manat) 1 360 kiloqram ispanaq Türkiyədən, kiloqramı 2,3 dollardan (3,9 manat) 110 kiloqram ispanaq isə Polşadan idxal olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top