"Noyabra qədər Azərbaycanda yeni hotellər açılacaq" — EKSPERT

GÜNDƏM 15 apr 2024, 15:49
 “Azərbaycanda COP29 kimi möhtəbər tədbirin keçirilməsi dövlətin apardığı müsbət ardıcıl siyasətin nəticəsidir”. 

Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib.

O qeyd edib ki,  Azərbaycan bu tədbiri ən yüksək səviyyədə keçirəcək:



"Sadəcə bəzi çətinliklər olacaq. Bu da normaldır. Belə böyük tədbirin keçirilməsi həm də dövlət orqanlarının köməyi ilə olmalıdır. Ən əsas iş isə özəl sektora, sahibkarlara düşür. Onlar əllərindən gələni etməlidirlər ki, tədbir yüksək səviyyədə keçsin. Qonaqların qarşılanması  və yerləşdirilməsinə gəlincə isə  Azərbaycanda otaq və yataq sayının bunu nə dərəcə təmin edəcəyini zaman göstərəcək. Çox güman ki, bir çox hotellər açılacaq. Yataq sayları, otaqlar artırılacaq. Hər halda noyabra qədər Azərbaycanda ən az 25 min yataq sayı olacaq. Bu rəqəmi daha da artırmaq olar. Dövlət Turizm Agentliyi və müvafiq qurumlar bu barədə axtarışlar aparır. Müsbət nəticələr də alacağıq. Rezervasiya sisteminin düzgün aparılması hotellərin əsas vəzifəsidir”. 

Ekspert vurğulayıb ki, Azərbaycanda daha öncə də böyük tədbirlər keçirilib:

“COP29-un Azərbaycanda keçirilməsi ölkənin reklamına səbəb olacaq. Belə böyük tədbirlər zamanı hotellər kəmiyyətə görə yox, keyfiyyətə görə işləyir. Daha çox keyfiyyətli işləri ortaya qoyur. Bu da beynəlxalq saytlarda tərif və alqışla işıqlandırılır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top