Rusiyada kasıblar üçün mağazalar açan şəxs milyarder oldu — "FORBES"

MARAQLI 03 apr 2024, 19:25
“Svetofor” pərakəndə satış şəbəkəsinin qurucusu və əsas sahibi Sergey Şnayder dollar milyarderi oldu.

Azpost.info xəbər verir ki, “Forbes” jurnalı 57 yaşlı iş adamının sərvətini 1,4 milyard dollar qiymətləndirib və onu ilk dəfə Rusiyanın ən zənginləri siyahısına daxil edib.

“Svetofor” mağazalarında rəflər yoxdur və mallar birbaşa qutulardan və taxta paletlərdən satılır. Burada qiymətlər digər mağazalarda olduğunudan 10-20 faiz aşağıdır.

Pərakəndə ərzaq satışı bazarında “Svetoforun çiçəklənməsi pandemiya zamanına, rusların gəlirlərinin kəskin şəkildə aşağı düşdüyü vaxta təsadüf etdi.

“Forbes”ə görə, 2023-cü ildə Rusiyada dollar milyarderlərinin sayı 110 nəfərdən 125 nəfərə yüksəlib. Nəşrin məlumatına görə, reytinqdə iştirak edən rusiyalı iştirakçıların ümumi sərvəti 14 faiz artaraq 576,8 milyard dollar olub. Bu, 2021-ci ilin rekord ilindən aşağıdır – o zaman 123 milyarderin ümumi kapitalı 606,2 milyard dollar olub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top