Rəşad Məcid TƏLTİF EDİLDİ

MEDİA 28 mar 2024, 17:08
“Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edildim”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin katibi, “525-ci qəzeti”in baş redaktoru Rəşad Məcid bildirib.

“Yubiley medalı bu gün, martın 28-də Media Agentliyində təltif edilən həmkarlarımla birlikdə mənə də təqdim olundu”, - deyən R.Məcid təqdimat mərasimindən şəkil paylaşıb.
 
O, ölkə başçısına bu təltifə görə təşəkkür edib:

“Ümummilli Liderlə görüşmək, təmasda olmaq, onun qarşısında çıxış etmək və sual ünvanlamaq tarixi şanslar idi. Xoşbəxtəm ki, belə şanslar mənim də bəxtimə düşüb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top