Tovuzda qəza: Üç nəfər xəsarət alıb — FOTOLAR

HADİSƏ 27 apr 2024, 18:45

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan “Opel” ilə VAZ-2107 markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan Anar Həsənov, Nicat Həsənov və Famil Həsənli xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top