GİPA Jurnalistika üzrə magistr proqramı

MEDİA 24 apr 2024, 18:01
ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu elan edir. Proqram üzrə dərslər ABŞ və Avropa Universitetlərindən səfər edən müəllimlər və yerli professorlar tərəfindən aparılacaq. Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda medianın gücləndirilməsidir.

Beş nəfərə qədər azərbaycanlı namizəd 2024-cü ilin sentyabrından 2026-cı ilin iyununa qədər dörd semestr ərzində təklif olunacaq proqram üçün seçilməsi gözlənilir.

Müsabiqəyə jurnalistika, media, kommunikasiya, qrafika, foto jurnalistika, məzmunun işlənib hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilər. Tələbələr 2024-cü ilin sentyabr ayından 2025-cü ilin dekabr ayına kimi Tbilisi şəhərində GİPA-da oxuyacaqlar. 2026-cü ilin iyul ayında isə tələbələr diplom işlərini müdafiə etmək üçün yenidən instituta qayıtmalı olacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. GIPA tələbələri Erasmus+ mübadilə proqramlarında iştirak etmək və müxtəlif Avropa Universitetlərində bir semestr təhsili üçün maliyyə almaq hüququna malikdirlər lakin GIPA proqramının tələblərini yerinə yetirmələrini təmin etmək üçün GIPA ilə sıx əməkdaşlıq etmələri tələb olunacaq.

Çap və teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və əldə edilmiş təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbərin çatdırılmasını nəzərdə tutur.  Kurs işinə həmçinin media və biznesin idarə edilməsi, hüquqi məsələlər və media etikası ilə yanaşı müxtəlif mövzular da daxildir.

Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.

ABŞ-ın Bakıdakı səfirliyi ehtiyacı olan tələbələrin Gürcüstanda oxuduğu müddətdə təhsil və yaşayış xərclərini maliyyələşdirəcək.

Seçim prosesinə aşağıda qeyd olunan sənədlər və Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin iştirakı ilə Bakıda ingilis dilində keçiriləcək müsahibə də daxildir. Sənədlərin qəbulu üçün son tarix 5 may 2024-cü ildir.

Sənəd və suallarınızı elektron ünvanına göndərin :  [email protected]

Nəzərə alın ki, e-poçtunuzdakı mövzu sətrində yazılmalıdır: GIPA-2024 Application

GIPA proqramına tələb olunan sənədlərin siyahısı:

Ərizə forması 
Uç tövsiyə məktubları
Təhsil məqsədləri haqqında bəyanat ( minimum 300 söz)
Diplomların surəti*
Diplom əlavələri
Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti
 

* Qeyd: 2024-ci ildə universiteti bitirmiş, lakin diplomlarını vaxtında ala bilməyən məzunlar universiteti bitirdiklərini təsdiq edən müvəqqəti sənəd/arayış təqdim edib proqramda iştirak edə bilərlər. Onların 1 avqust 2024-cü il tarixinədək diplomlarını qəbul komissiyasına təqdim etməsi şərtdir.

Əlavə məlumat və GİPA Jurnalistika üzrə magistr proqramının ərizə formasını əldə etmək üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:
 
Əlavə məlumat:

Gürcüstan İctimai Əlaqələr İnstitutu 1994-cü ildə qeyri-hökumət, qeyri-kommersiya təhsil müəssisəsi kimi yaradılmış və yüksək səviyyəli dövlət qulluqçuları və jurnalistlərdən ibarət kadrlar yetişdirmişdir. Qafqaz Jurnalistika və Media İdarəetmə Məktəbi (CSJMM) 2001-ci ildə jurnalistika, kommunikasiya və media menecmenti üzrə təhsil və təlim proqramları vasitəsilə Cənubi Qafqazda yüksək peşəkar medianın inkişafını dəstəkləmək üçün yaradılmışdır.

2002-ci ilin yanvarında açıldığı gündən CSJMM-in ingilisdilli, regional proqramı jurnalistika və media menecmenti üzrə magistr dərəcəsi ilə 100-dən çox tələbə bitirmişdir.  Azərbaycanda CSJMM-in bir neçə məzunu peşəkar mediada aparıcı mövqe tutur və məzunlar öz sahələrində uğurlu iş tapmaqda yüksək göstəricilərə malikdirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top