Almaniyada avtobus aşıb: Ölən və xəsarət alanlar var

DÜNYA 28 mar 2024, 13:50
Almaniyanın Leypsiq şəhərində avtobusun aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 55 nəfərin olduğu avtobus Leypsiqdə magistral yolu keçərkən naməlum səbəbdən aşıb. 

Magistral yol nəqliyyatın hərəkəti üçün bağlanıb. 

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, xilasetmə qrupları və təcili tibbi yardım helikopteri göndərilib. 

Polis qəzada 4 nəfərin öldüyünü, 20-dən çox insanın yaralandığını açıqlayıb.

Qeyd edək ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top