“Crocus City Hall”dakı terrorda ölənlərin sayı 140-a çatdı

GÜNDƏM 27 mar 2024, 18:50
Moskvada “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 140-a çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

Nazir “Crocus City Hall”da törədilən terror aktının qurbanlarından daha birinin xəstəxanada dünyasını dəyişdiyini söyləyib:

“Təəssüf ki, vəziyyəti son dərəcə ağır olan zərərçəkənlərdən biri də xəstəxanada dünyasını dəyişib. Həkimlər mümkün olan hər şeyi ediblər. Bununla da ölənlərin sayı 140-a yüksəlib”. 

Mixail Muraşko qeyd edib ki, hazırda 6-sı uşaq olmaqla, 80 nəfər yaralı xəstəxanalarda müalicə alırlar, 23 nəfərin vəziyyəti çox ağır, 34 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir, 76 nəfər isə artıq evə buraxılıb.


Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top