Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır

İNFRASTRUKTUR 27 apr 2024, 14:18
Hazırda mərkəz istiqamətində yolda təmir işləri aparılır.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Mərdəkan şosesi, Binə Atçılıq mərkəzinin yanı, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
“Sürücülərdən qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və sürət həddinə əməl etmələri xahiş olunur”, - qurumun məlumatında qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top