Azərbaycanın üç güləşçisi Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib

İDMAN 09 may 2024, 18:38

Azərbaycanın üç yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.

Demokrat.az xəbər verir ki, Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) bu raundadək irəliləməyi bacarıb.

Murad Əhmədiyev (97 kq) isə 1/4 finalda uduzub.

Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, hər çəkidə üç idmançı olimpiadaya lisenziya əldə edəcək. Turnir mayın 12-də başa çatacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top