Mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb.
Demokrat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov əməli törətməkdə şübhəli bilinən şəhər sakinləri B.Əhmədov, S.Qasımov və R.Əhmədovun saxlanıldığını bildirib. Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək.