Abşeronda ər arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 26 mar 2024, 11:45
Abşeron rayonunda 1989-cu il təvəllüdlü Ayaz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Ayaz 25 dekabr 2023-cü ildə, saat 20 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Məmmədli kəndindəki evində arvadı Sevil ona qohumlarına yaranmış borcu ilə bağlı narazılıq bildirməsi səbəbindən mübahisə edib. 

Ayaz həmin mübahisə əsnasında Sevilin üzərinə hücum edib. Ona əl və yumruqla qəsdən ssifət, baş, bədən nahiyələrindən ardıcıl zərbələr vuraraq, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Ayazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, , 2014-cü ildə Sevil ilə rəsmi qaydada ailə qurunb, birgə nikahdan üç övladları var: “Biz Abşeron rayonu, Məmmədli kəndində birlikdə yaşayırıq. Bəzən maddi çətinliklərlə bağlı arvadım Sevil ilə aramızda sözlə mübahisələrimiz yaranır. 25 dekabr 2023-cü ildə, saat 20 radələrində bir qədər spirtli içki qəbul etdikdən sonra evə gəldim. Evdə arvadım mənə əmim qızı Səbinəyə zəng edib ona verdiyim borc pulu istədiyini iradla bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək yumruqla Sevilin sifət nahiyəsindən vuraraq dişini zədələdim”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ayazın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top