İmsakda hansı qidalardan uzaq durmalıyıq? — Tövsiyələr

GÜNDƏM 19 mar 2024, 16:01
“Səhər vaxtında oyanıb imsak etmək həm orucu sağlam davam etdirməyə kömək edir, həm də orqanizmin su ehtiyacını qarşılayır. İmsak üçün ən azı yarım saat ayırmalıyıq”.

Bunu Demokrat.az-a açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.

O qeyd edib ki, imsaka iki stəkan otaq temperaturunda su içməklə başlamaq lazımdır:



“Ardıyca xurma və ya şəkərsiz yüngül şirniyyatlar yemək olar. Xurmanın tərkibindəki A, B1, B2, B3, B6 vitaminləri, natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor, xlor, betakaroten, fol turşusu orqanizmin daha canlı, enerjili olmasını təmin edir. Qədərində xurma və üzüm yemək qan şəkərini yüksəltmədiyi kimi susuzluğu da artırmır”. 

Ekspert bildirib ki, xüsusilə imsakda zeytun, turşu kimi duzlu qidalardan uzaq durmaq lazımdır:

“Bunları iftarda yemək olar. İmsakda çox soyuq və isti qidalar qəbul etmək mədə-bağırsaq problemlərinə səbəb olduğu üçün tövsiyə edilmir. Sızma zeytun yağı əlavə edilmiş xiyar salatı yemək bağırsaq sağlamlığı üçün son dərəcə faydalıdır. Mövsümə uyğun tərəvəzlər, paxlalı bitkilər, şəkərsiz kompot və tam taxıl çörəyi imsak üçün ideal rasiondur. 15-20 dəqiqə ara verdikdən sonra ilıq şəkərsiz bitki çayı və ya qara çay içmək olar”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top