Kosmik obyektlərin rəsmi reyestri aparılacaq

İKT 15 fev 2024, 13:49
Prezident İlham Əliyev “Kosmik fəaliyyət haqqında” 24 iyun 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.

Demokrat.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”na kosmik obyektlər də əlavə edilib.

Azərbaycanda kosmik obyektlərin rəsmi reyestrini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aparacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 apr 2024, 15:46
Top