Xamneyinin “İnstagram” səhifəsi bağlandı

İKT 09 fev 2024, 15:20
İranın dini lideri Xamneyinin milyonlarla izləyicisi olan “İnstagram” hesabı bağlanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, “Meta” dini liderin ingilis və fars dillərində olan hesablarını bağlayıb. 

“Meta”dan verilən açıqlamada, "Təhlükəli Təşkilatlar və Fərdlər" siyasətinin dəfələrlə  pozulduğu, bu səbəbdən hesabların bağlandığı bildirilib.

Qeyd edək ki, Xamneyinin fars hesabının 5,1 milyon, digər hesabının isə 200 mindən çox izləyicisi var idi.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 apr 2024, 15:46
Top