Dağıstanda "Telegram"-a giriş məhdudlaşdırıldı

SOSİAL MEDİA 30 okt 2023, 14:43
Rusiya hakimiyyəti dünənki antisemit iğtişaşların baş verdiyi regionda "Telegram"-a girişi məhdudlaşdırıb.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki, Rusiya Federasiyasının cənubunda "Telegram"-a girişlə bağlı problemlər barədə məlumatlar bazar günündən bazar ertəsinə keçən gecə yayılıb.

"Roskomnadzor"un Baş Radiotezlik Mərkəzinin “Problemlərin monitorinqi” xidmətinin məlumatına görə, bazar ertəsi səhərə qədər Rostov-na-Don, Krasnodar, Pyatiqorsk, Volqoqrad və Nalçikdə "Telegram" işləməyib.

Ölkənin cənubunda "Telegram"a çıxışla bağlı problemlər barədə məlumatlar Brand analitik şirkətinin nasazlıqların monitorinqi xidməti tərəfindən də təsdiqlənib.

İnformasiya texnologiyaları üzrə ekspertlər Rusiya hakimiyyətinin əvvəllər elan etdikləri texniki bloklama imkanlarından istifadə etdikərini və "Roskomnadzor"un həqiqətən də sosial şəbəkələrə və messencerlərə girişi əngəlləmək iqtidarında olduğunu bildirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top