Ramiz Məlik: “Səhhətim yaxşıdır, narahatlığa ehtiyac yoxdur”

İNCƏSƏNƏT 27 iyl 2023, 18:53
Xalq artisti Ramiz Məlikin səhhəti yaxşılaşır.

Bu barədə Oxu.Az-a tanınmış aktyorun özü məlumat verib.

Xatırladaq ki, Xalq artisti Ramiz Məlik aylar öncə onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə bağlı məlumat paylaşmışdı.

Tanınmış aktyor artıq müalicələrini evdə davam etdirdiyini bildirib:

“Səhhətim yaxşıdır. Artıq müalicələrimi bir neçə müddətdir ki, ev şəraitində davam etdirirəm. Narahatlığa ehtiyac yoxdur”.

Qeyd edək ki, 79 yaşlı Xalq artisti uzun illər Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. 

Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 apr 2024, 15:46
Top