Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Facebookda canlı yayımda istifadəçilərin suallarını cavablandırıb.
Demokrat.az “Yeni Sabah” istinadla xəbər verir ki, Azərbaycanda ilk dəfədir ki, yüksək rütbəli məmur sosial şəbəkədə canlı olaraq cavablandırır.
V. Hüseynov ölkənin müxtəlif yerlərindən və ölkə xaricindən, Azərbaycan və xarici ölkə vətəndaşlarının suallarını cavablandırıb. Onun bu təşəbbüsü sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.
V. Hüseynov bu kimi canlı yayımların gələcəkdə də davam etdiriləcəyini deyib.