Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur — Müdafiə Nazirliyi

SİYASƏT 27 okt 2020, 21:04

Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

 

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, əksinə, oktyabrın 27-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub.

 

Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.

 

Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top