“Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur”.
Demokrat.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində yazıb.
O bildirib ki, kimin müharibə istədiyi aydındır: “Bu, Türkiyənin və Azərbaycanın haqlılığını bir daha təsdiqlədi: Cənubi Qafqaza sülh və sabitlik yalnız Qarabağ azad edildikdən sonra gələcək”.