Araz Abdullayevin çıxış etdiyi klub baş məşqçini qovdu

İDMAN 19 okt 2020, 15:07

Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" komandasının baş məşqçisi Ahmet Taşyürek istefaya göndərilib.


Demokrat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssislə uğursuz çıxışa görə yollar ayrılıb.


Komanda 5 turdan sonra I Liqada 1 xal toplaya bilib. Hazırda 17-ci pillədə qərarlaşan "Boluspor" son oyunda "Tuzlaspor"a 1:2 hesabı ilə uduzub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top