Azərbaycan ən çox İtaliya, Türkiyə və Rusiyaya məhsul ixrac edib — FOTO

İQTİSADİYYAT 18 okt 2020, 20:45

2020-ci ilin yanvar-avqust aylarında ixracda daha çox paya malik olan ölkәlәr üzrә ixracın dәyәri açıqlanıb.


Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, Azərbaycan İtaliyaya 3 milyard 80,8 milyon dollarlıq məhsul ixrac edib. Bu da ümumi ixracın 31,2 faizini təşkil edib.


Belə ki, Azərbaycandan Türkiyəyə 1 milyard 915,2 milyon dollarlıq, Rusiyaya 463,3 milyon dollarlıq, Çinə 419,4 milyon dollarlıq, Hindistana 412,5 milyon dollarlıq, İsrailə 382,2 milyon dollarlıq, Yunanıstana 345,3 milyon dollarlıq, Xorvatiyaya 337,6 milyon dollarlıq, Gürcüstana 334,4 milyon dollarlıq, Ukraynaya 276,4 milyon dollarlıq, İspaniyaya 228,2 milyon dollarlıq, Çexiyaya 191 milyon dollarlıq məhsul ixrac edilib.  

 

 

İxracın strukturunda xam neft, tәbii qaz, neft-qaz mәhsulları, meyvә vә tәrәvәzlәr, plastik kütlә vә ondan hazırlanan mәmulatlar, pambıq lifi vә ipliyi, alüminium vә ondan hazırlanan mәmulatlar, kimya sәnayesi mәhsulları, qara metallar vә onlardan hazırlanan mәmulatlar, bitki yağları, şәkәr, alkoqollu vә alkoqolsuz içkilәrin payı üstünlük tәşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top