Əli Həsənovun "vurdurduğu" şəxslər bu gün Rusiyada erməni yalanlarına qarşı — VİDEO

TƏHLİL 16 okt 2020, 12:29

Müharibə təkcə cəbhədə yox informasiya məkanında da gedir. Nəzərə alsaq ki, düşmənin “aldığı nəfəs” də yalandır, hərbi əməliyyatların getdiyi vaxt informasiya ən önəmli silahlardan birinə çevrilib.


Ermənistan I Qarabağ müharibəsində azərbaycanlılara qarşı töətdikləri soyqırımı aktlarını “özlərinə qarşı soyqırımı” kimi təqdim edirdilər. Xocalı soyqırımını dünyaya tanıtmaq üçün illər və böyük əmək lazım oldu. Çünki zamanında doğru addımlar atılmamışdı. 


II Qarabağ müharibəsi adlandıra biləcəyimiz bu, Vətən müharibəsində düşmən 30 il öncəki taktikanı təkrarlamağa çalışdı, amma baş tutmadı. Çünki bu dəfə hərbi cəbhədə qələbə qazanan Azərbaycan informasiya cəbhəsində də düşməni məğlub edir. 


Bu, qələbənin memarı Ali Baş Komandan, Prezident İlham Əliyevdir. 


Təbii ki, Prezidentin komandası və komandanın düzgün seçimləri də həlledici rol oynayır.

 

Саадат Кадырова. Называет себя женщиной, которая

Səadət Kadırovanın “Rossiya-1” telekanalında çıxışı


İnformasiya cəbhəsində də qızğın döyüşlərin getdiyi vaxt tanınmış jurnalist Anar Həənovun Rusiyada ermənilərin yalan təbliğatına qarşı necə savaşdığı diqqət çəkdi.


Anar Həsənov Rusiya telekanallarının efirində ermənilərin yalanlarını bir-bir ifşa edir, Azərbaycanın haqlı mövqeyini rus auditoriyasına çatdırır, həm də erməni təbliğatınının ayaq tutub yeriməsinə imkan vermir. Anar Həsənov bu işdə tək deyil, azərbaycanlı hüquqşünas Samir Məmmədov və Rusiyada çalışan Azərbaycan əsilli jurnalist Səadət Kadırova da erməni yalanlarına qarşı döyüşürlər. Onlar əllərindən gələni edir və informasiya müharibəsində Azərbaycanın qələbəsinə töhfə verirlər.

 

По приглашению руководителя Администрации Президента России Сергея Нарышкина  в Москве с визитом находится заведующий Отделом общественно-политических  вопросов Администрации Президента Азербайджана Али Гасанов - АЗЕРТАДЖ -  Азербайджанское ...

Əli Həsənovun Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə görüşü


Hərçənd ki, bir müddətdir bu şəxsləri nə Azərbaycan mediasında görmək olurdu, nə də onların potensialından istifadə olunurdu. Səbəb Prezidentin keçmiş köməkçisi Əli Həsənov idi.

 

Anar Həsənov bir neçə il əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrova “arzuolunmaz” sual ünvanladığına görə Əli Həsənovun tapşırığı Lider TV-nin Rusiyada xüsusi müxabiri vəzifəsindən çıxarılmışdı. Halbuki, Anar Həsənovun verdiyi sual Dağlıq Qarabağ münaqişə ilə bağlı Azərbaycanın maraqları çərçivəsində idi.

 

Журналист спросил – журналист уволен: Москве и Баку пришлось «сверять часы»  | Dalma News

Anar Həsənovun Rusiyanın xarici işlər naziri Sergey Lavrova Qarabağla bağlı sualı


Samir Məmmədov və Səadət Kadırova da daim Əli Həsənovun ədalətsizliyi ilə üzləşib. Nəticədə bu gün ermənilərə qarşı döyüşən bu şəxslər prosesdən kənarlaşdırılmışdı.  Həm də Əli Həsənov nəzarət etdiyi KİV-lər vasitəsilə onlara qarşı qarayaxma kampaniyası aparırdı. 


Bu gün Rusiyada məhz belə vətənpərvər insanlar Azərbaycanın milli maraqları uğrunda mübarizə aparır, informasiya cəbhəsində əsl döyüşçü kimi davranırlar. 

 

КАСПИЙ:Али Гасанов: «Если каждому народ будет предоставлено право на  самоопределение, то этнический сепаратизм станет непреодолимым процессом в  мире» (Обновлено)


Anar Həsənovun Rusiya telekanallarında erməniləri aciz vəziyyətə salması, Səadət Kadırovanın imkanlarını Vətəni naminə istifadə etməsi, Samir Məmmədovun diaspor işində ermənilərə ağır zərbələr vurması bu şəxslərin vətənpərvərliyinin nümunəsidir. Zaman göstərdi ki, bu şəxslərin işdən çıxarılması və onlara qarşı ədalətsiz münasibət yalnış idi.


Əli Həsənov məhz Rusiyadakı dairələrə xoş gəlmək üçü vətənpərvər insanlara qarşı belə addımlar atırdı. Əgər bu gün Əli Həsənov vəzifəsində qalsaydı, əmin olun ki, informasiya cəbhəsində Azərbaycanın  mövqeyi bu qədər güclü olmaz və düşmənə ağır zərbələrin endirilməsi çətin olardı.

 

 


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top