Azərbaycan Ordusu irəliləyir — Şuşaya 40 km qaldı

SOSİAL 15 okt 2020, 23:40

“Xilaskar Azərbaycan ordusu Füzuli rayonunun mərkəzini mühasirəyə alıb. Bugün elan olunan kəndlər Füzuli şəhərindən yüksəkdə və ondan şimaldadır. Bircə Məngələnata yüksəkliyi qalıb. Ermənilər sentyabrın 27-də Füzuli şəhərini tərk edib, həmin yüksəklikdə qərar tutmuşdular. Məngələnatanın arxası Qırmızı Bazardır, ordan da Şuşaya 40 km. qalır”.

 

Demokrat.az-ın xəbərinə görə, Q.İbadoğlu qeyd edib ki, Azərbaycan Ordusu Tuğ kəndini alandan sonra Azıx mağarasını da götürəcək: “Ondan sonra sizlərin hər birini qədim yaşayış məskəninə ekskursiyaya dəvət edəcəm. Müzəffər ordumuzun sayəsində tezliklə yeni və böyük şad xəbərlər alacagıq. Allah rəşadətli əsgər, qəhrəman zabitlərimizi qorusun, qalibiyyətə aparan yollarını açıq və aydın etsin. Dualarımızı əsirgəməyək!”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top