"Livandan ailə adı ilə işğal olunmuş ərazilərə yerləşdirilənlərin əksəriyyəti terrorçulardır" — FOTO

SİYASƏT 24 sen 2020, 23:18

Livanın Beyrut limanında baş verən dəhşətli partlayışdan sonra bugünədək Ermənistana 1200 ailə köçürülüb.


Demokrat.az xəbər verir ki, bu fikirləri jurnalist Siyavuş Əmirli bildirib. 


Jurnalistin sözlərinə görə, onlardan 1100 ailəyə daimi yaşayış hüququ verilib, 100 ailə isə etiraz edərək geri dönüb. 


"Həmin ailələrdən 800-ü Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilib. Ailə adı altında yerləşdirilənlərin böyük əksəriyyəti terrorçulardır. Yaxın 2 ay ərzində daha 1000 ailənin köçürülməsi nəzərdə tutulur".

 

Qeyd edək ki, Ermənistan işğalda saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Suriya və Livandan erməniləri gətirərək qanunsuz şəkildə orada məskunlaşdırmaqdadır. Bununla Azərbaycanın beynəlxalq hüquqda tanınan ərazi bütövlüyünü pozan Ermənistan bütün hüquq və konvensiyaları tapdaq altına atır. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top