Qubadakı yanğınları törədənlər müəyyənləşdi

HADİSƏ 21 sen 2020, 22:31

Cari il sentyabrın 19-da və 20-də Quba rayonunun Dəlləkli kəndi ərazisində kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın hadisələri baş verib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Demokrat.az-a verilən məlumata görə, yanğınsöndürmə briqadaları və polis əməkdaşları tərəfindən yanğınların qarşısı alınıb.


Yanğınların qəsdən törədilməsi şübhə doğurduğundan dərhal müvafiq araşdırmalara başlanılıb.


Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə yanğınların kənd sakini olan üç yeniyetmə (azyaşlı olduqlarına görə adları açıqlanmır) tərəfindən törədilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən aparılan söhbətlər zamanı onlar törətdikləri əməlləri səmimi etiraf etmiş, peşman olduqlarını bildirmişlər.


Qeyd edək ki, yeniyetmələr kənd sakinləri arasında şübhə doğurmamaq üçün yanğınları törətdikdən sonra onun söndürülməsində fəallıq göstəriblər.


Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırmalar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top