AMEA binası qarşısına polis maşınlarının toplanılmasının səbəbi məlum oldu — YENİLƏNİB (FOTOLAR)

TƏHLİL 09 sen 2020, 13:30

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin inzibati binasının qarşısında polis maşınlarının toplanılmasının səbəbi məlum olub. 


Demokrat.az xəbər verir ki, bu gün saat 15:00-da Azərbaycan Konstitusiya Məhkəməsinin qarşısında bir qrup şəxs tərəfindən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu ilə bağlı icazəsiz aksiya keçirilməsi planlaşdırılır.


Aksiya ilə bağlı məlumatı NİDA hərəkatının üzləri Qiyas İbrahimov verib.  


***

 

Polis və hərbi texnika Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) inzibati binasını dövriyyəyə alıb.


Sfera.az nəyin baş verdiyini dəqiqləşdirə bilməsə də ərazidən çəkilmiş fotolar əldə edib.


Həmin fotoları təqdim edirik.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top