Nərimanov rayon İcra Hakimiyyətindən Qurban Məmmədovla bağlı iddialara REAKSİYA

GÜNDƏM 03 sen 2020, 19:04

Bəzi KİV-də bir müddətdir gedən məlumatlarda xaricdə yaşayan və Azərbaycan Respublikasının əleyhinə cılız fəaliyyət göstərən Qurban Məmmədova guya Nərimanov rayonu ərazisində çoxlu sayda ev verilməsində Nərimanov rayon İcra Hakimiyətinin başçısı Abdin Fərzəliyevin də rolunun olması iddiası ilə bağlı bildiririk ki, bu xəbər yalan, qərəzli və hansısa tərəfin qarayaxmasıdır. Onu da bildirək ki, qeyd edilən ünvanda “Atlant-İnşaat” şirkəti təsdiq olunmuş layihə əsasında tikinti işləri aparıb. 


Nərimanov rayon İcra Hakimiyyətindən Demokrat.az-a daxil olan məlumatda yayılan iddiaların böhtan olduğu qeyd edilib.


"Həsənoğlu küçəsi 12 ünvanda Gilan Holdinq tərəfindən inşa edilən tikintinin ərazisinə düşdüyü üçün həmin ünvanda 2 mərtəbəli binalar sökülərək sakinlərin şirkətin M.Nağıyev  küçəsi 19/67 ünvanda artıq inşa etdiyi hazır binaya köçürülməsi, kompensasiya verilməsi, sökülən mənzillərin əvəzləndirilməsi və bu kimi digər məsələlər birbaşa şirkət ilə sakinlər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilmişdir. Bütün sadalanan proseslərin həyata keçirilməsi ilə bağlı ətraflı məlumatları KİV nümayəndələri qeyd edilən şirkət ilə də əlaqə saxlayaraq dəqiqləşdirə bilər. 


Bu proseslərdə Nərimanov RİH-nin heç bir rəsmi və ya qeyri rəsmi iştirakı olmamışdır. O cümlədən bu məsələdə heç bir rolu və iştirakı olmayan RİH başçısı Abdin Fərzəliyevin adının qeyd edilməsi qərəzlidir və ikrah hissi doğurur.


KİV nümayəndələrindən bundan sonra da qeyri-dəqiq məlumatlar verərkən informasiyanın  Nərimanov RİH ilə də dəqiqləşdirməyi məsləhət bilir, jurnalist adına yaraşacaq dərəcədə məsuliyyətli olmağı xahiş edirik" - deyə, İcra Hakimiyyətindən bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top