“ASAN xidmət”ə pulla işə qəbul mümkün deyil" - Ülvi Mehdiyev

MARAQLI 04 okt 2018, 23:41

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə pulla işə düzəlmək mümkün deyil.

Demokrat.Az xəbər verir ki, bunu “ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, “ASAN xidmət”də işlə təmin olunma dövlət qulluğuna qəbul imtahanları ilə həyata keçirilir:

“Yalnız dövlət qulluğu haqqında qanunda nəzərdə tutulmuş müsabiqə vasitəsilə vətəndaşlar işlə təmin olunur. İnsanlar bilməlidirlər ki, “ASAN xidmət”ə pulla işə qəbul mümkün deyil. Kimlərəsə pul müqabilində “ASAN xidmət”ə işə düzəlmək təklif edilirsə, bilsinlər ki, bu, yalnız dələduzluqdur”.

Ülvi Mehdiyev vətəndaşlara müraciət edib:

“Bütün vətəndaşlara “ASAN xidmət” adından müraciət edirik ki, bu cür hallarla rastlaşarlarsa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, “ASAN xidmət”ə müraciət etsinlər və məsələ araşdırılsın. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top