“Lotu Quli”nin adamlarının Bakıda şok əməlləri — İstintaq BAŞLANDI

KRİMİNAL 21 avq 2020, 12:25

Rusiyada həbs olunaraq Azərbaycana ekstradisiya olunan mütəşəkkil dəstənin üzvü barəsində bir neçə maddə ilə ittiham elan edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elvin Əliqismət oğlu Cəfərovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) və 221.3-cü (xuliqanlıq silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham elan edilib.


İttihama görə, Elvin Cəfərov Bakıda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin üzvü olub.


Mütəşəkkil dəstənin üzvləri bir neçə il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunsalar da, Elvin Cəfərov istintaqdan yayına bilib.


O, bu günlərdə Rusiyada həbs olunaraq Azərbaycana gətirilib.


Elvin Cəfərovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır.


Bildirilir ki, Elvin Cəfərovun üzv olduğu mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifova yaxın adam olub.


“Lotu Quli bu ilin avqustun 19-da Türkiyənin Antaliya şəhərində qətlə yetirilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top