Pandemiya Azərbaycanda qurbağa təsərrüfatına da ziyan vurub — Sahibkardan AÇIQLAMA

SOSİAL 14 avq 2020, 15:49

Azərbaycanda ilk dəfə qurbağa təsərrüfatı yaradan Salyandan olan iş adamı, “Azərifrog” MMC-nin rəhbəri Rauf Hüseynzadə də pandemiyaya görə zərərlə işləyir. 


Rauf Hüseynzadə Demokrat.az-a açıqlamasında bildirib ki, yaratdığı təsərrüfat 2020-ci ildə qurbağa əti istehsal edə bilməyib.


Onun sözlərinə görə, bunun başlıca səbəbi dünyada hökm sürən pandemiya ilə bağlıdır:


"Əslində, bu il təsərrüfatı genişləndirib inkişaf etdirməyi düşünürdüm. Ancaq pandemiya imkan vermədi. Bu, təkcə Azərbaycanda deyil. Bu il bütün dünyada qurbağa əti təsərrüfatında durğunluq yaranıb".

 

 
Qeyd edək ki, Rauf Hüseynzadə “Azerifrog” adı altında xarici bazara qurbağa məhsulu çıxaran ilk azərbaycanlıdır. Fransada təhsil almış Rauf Hüseynzadə qurbağa ətinə marağı görüb bir neçə il bundan əvvəl Azərbaycanda belə bir istehsal müəssisəsi qurmaq qərarına gəlib: 


“Azərbaycanda olan qurbağalar yeyilməyə yaramır, onlar parazitdirlər. Biz qidaya yararlı qurbağanı Braziliyadan gətirdik”.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top